Yubiley. Səxavət Rəfiyev - 70
Yan 12, 2018 | 11:00 / Yubileylər
Oxunub 773 dəfə

Bu günlərdə kafedramızın tədris hissə müdiri, Dosent, Tibb ü.f.d., təcrübəli cərrah və müəllim Səxavət Fərzixan oğlu Rəfiyevin 70 illik yubileyi qeyd olundu. Yubiley münasibəti ilə Azərbaycan Tibb Universitetinin I Cərrahi Xəstəliklər Kafedrasının kollektivi adından kafedra müdiri AMEA-nın müxbir üzvü, professor Nuru Bayramov çıxış etdi: "Səxavət doktor, Sizi - Azərbaycan cərrahlığının görkəmli nümayəndəsini 70 illik yubileyiniz münasibəti ilə təbrik edir, uzun ömür, can sağlığı, xoşbəxtlik, elmi - pedoqoji və həkimlik fəaliyyətində yeni - yeni müvəffəqiyyətlər arzu edirik. Siz 45 llik həkimlik və elmi - pedoqoji fəaliyyətinizdə böyük uğurlar qaznmış, gənc cərrah kadrların hazırlanmasında misilsiz xidmətlər göstərmiş, minlərlə xəstənin həyata qayıtmasında gərgin əməyinizi əsirgəməmiş, modern Azərbaycan cərrahlığının formalaşmasında müstəsna rol oynamısınız. Bir daha Sizi yubileyiniz münasibəti ilə təbrik edir, əməyiniz keçən bütün sahələrdə Sizə uğurlar arzu edirik!"

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015