AZƏRBAYCAN                RESPUBLİKASI
ELMİ TƏDQİQATLARIN ƏLAQƏLƏNDİRİLMƏSİ ŞURASI
İctimai Elmlər üzrə Problem Şurasının növbəti iclası keçirilib
Dek 03, 2022 | 11:00 / Konfranslar, iclaslar
Oxunub 933 dəfə

Azərbaycan Respublikası Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının İctimai Elmlər üzrə Problem Şurasının növbəti iclası keçirilib.

“ZOOM” platforması üzərindən keçirilən onlayn iclasda Problem şurasının üzvləri, elmlər və fəlsəfə doktoru hazırlığı üzrə dissertasiya mövzularının təsdiqi üçün müraciət edən iddiaçılar, eləcə də müvafiq dissertasiya işləri üzrə elmi məsləhətçilər və rəhbərlər iştirak ediblər.

Problem şurasının sədri, akademik Nərgiz Axundova iclas iştirakçılarını salamlayaraq gündəlikdə duran məsələləri diqqətə çatdırıb. Sonra elmlər və fəlsəfə doktoru hazırlığı üzrə daxil olmuş 112 dissertasiya mövzusunu təqdim edib.

Müzakirələrdən sonra 38 işin adında elmi və texniki redaktələr edilib, 3 dissertasiya işinin adının elmi tələblərə cavab vermədiyindən yenidən baxılması üçün müvafiq elmi şuralara qaytarılması tövsiyə edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015