“Kreativ iqtisadiyyat” diskussiya klubunun növbəti toplantısı keçirilmişdir
Okt 18, 2015 | 10:24 / Konfranslar, iclaslar
Oxunub 945 dəfə

İyulun 16-da AMEA İqtisadiyyat İnstitutunda“Kreativ iqtisadiyyat” Diskussiya Klubunun növbəti toplantısı  keçirilmişdir. Diskussiyada institutun əməkdaşları ilə yanaşı Vergilər Nazirliyinin, Azərbaycan Dövlət Neft Akademiyasının, Bakı Dövlət Universitetinin, Azərbaycan Dövlət İqtisad Universitetinin təmsilçiləri iştirak etmişlər.

Toplantıda “Azərbaycan iqtisadiyyatının dayanıqlı inkişaf modeli” mövzusunda məruzə edən M.Əyyubov ölkə üzrə məcmu məhsul buraxılışına təsir edən amilləri qruplaşdırmaqla, uzunmüddətli dövrdəiqtisadiyyatın silsiləli (tsiklik) dinamik fəaliyyətindən, daxili və xarici təsirlər nəticəsində müvazinətini itirib, sonda yenidən müvazinət halına qayıda bilməsindən danışmışdır.

Diskussiyada çoxsaylı suallar səslənmiş və cavablandırılmış, qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015