AZƏRBAYCAN                RESPUBLİKASI
ELMİ TƏDQİQATLARIN ƏLAQƏLƏNDİRİLMƏSİ ŞURASI
AMEA-da Alternativ və bərpa olunan enerji mənbələri üzrə Elmi Şuranın yaradılması haqqında Azərbaycan Milli Elmlər Akademiyası prezidentinin sərəncamı
May 20, 2021 | 16:30 / Mühüm hadisələr
Oxunub 1271 dəfə

AMEA Rəyasət Heyətində keçirilmiş 7 may 2021-ci il tarixli iclasda respublikada, xüsusən işğaldan azad edilmiş ərazilərdə enerji təminatı ilə bağlı məsələlərə elmi dəstəyin verilməsini təmin etmək məqsədilə AMEA-da Alternativ və bərpa olunan enerji mənbələri üzrə Elmi Şuranın yaradılması barədə təşəbbüs irəli sürülmüş, Elmi Şuranın tərkibi barədə müvafiq təkliflərin hazırlanıb AMEA-nın prezidentinə təqdim edilməsi tapşırığı verilmişdir. AMEA-nın birinci vitse-prezidenti, akademik Dilqəm Tağıyev Elmi Şuranın tərkibi barədə təkliflər hazırlayaraq 17 may 2021-ci il tarixli xidməti təqdimatla AMEA-nın prezidentinə təqdim etmişdir. Təqdim olunan təklifləri nəzərə alaraq:

1. AMEA-da aşağıdakı tərkibdə Alternativ və bərpa olunan enerji mənbələri üzrə Elmi Şura yaradılsın:

Akademik Ramiz Mehdiyev  – AMEA-nın prezidenti, sədr

Akademik Arif Həşimov – AMEA-nın Fizika İnstitutunun baş direktoru, sədr müavini

Akademik Dilqəm Tağıyev – AMEA-nın birinci vitse-prezidenti

Akademik İbrahim Quliyev – AMEA-nın vitse-prezidenti

Akademik Rasim Əliquliyev  – AMEA-nın vitse-prezidenti

Akademik Adil Qəribov – AMEA-nın akademik-katibi

Texnika elmləri doktoru Nəriman Rəhmanov – “Azərenerji”ASC-nin Azərbaycan Elmi-Tədqiqat və Layihə-Axtarış Energetika İnstitutunun laboratoriya rəhbəri

Siyasi elmlər doktoru Elnur Soltanov – Azərbaycan Respublikası Energetika nazirinin müavini

Təbriz Əmmayev – Azərbaycan Respublikasının Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru

2. AMEA-nın Alternativ və bərpa olunan enerji mənbələri üzrə Elmi Şurasının sədr müavini, akademik Arif Həşimova tapşırılsın ki, Elmi Şuranın fəaliyyətinin təşkilindən irəli gələn məsələlərin həlli təmin edilsin.

3. AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyevə və AMEA-nın Alternativ və bərpa olunan enerji mənbələri üzrə Elmi Şurasının sədr müavini, akademik Arif Həşimova tapşırılsın ki, müvafiq olaraq geotermal energetika və Günəş enerjisindən istifadə üzrə mütəxəssislərdən ibarət işçi qruplarının tərkibi barədə təkliflərin Elmi Şuraya təqdim edilməsini təmin etsinlər.

4. Sərəncamın icrasına nəzarət AMEA-nın birinci vitse-prezidenti, akademik Dilqəm Tağıyevə həvalə edilsin.

AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev

Bakı şəhəri, 19 may 2021-ci il

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015