Foto
“Dövlət Sərhəd Xidmətinin təşkilatçılığı ilə Bakı şəhərində Ambruaz Pare adına Beynəlxalq Hərbi Cərrahlar Cəmiyyəti 1-ci Konqresi”
May 21, 2018 | 12:00 / Konfranslar, iclaslar
Oxunub 215 dəfə

Mayın 18-də Dövlət Sərhəd Xidmətinin təşkilatçılığı ilə Bakı şəhərində Ambruaz Pare adına Beynəlxalq Hərbi Cərrahlar Cəmiyyəti 1-ci Konqresinin sonuncu tədbiri keçirilib. 21 ölkədən 156 nümayəndənin iştirak etdiyi konqres çərçivəsində dünya səviy­yəsində tanınmış cərrahların hərbi cərrahiyyə sahəsində yeni innovativ yanaşmalar haqqında çıxışları dinlənilmiş, qabaqçıl təcrübənin öyrənilməsi və tətbiqi məqsədilə geniş fikir mübadiləsi aparılıb.  Belə ki, 91 çıxışdan 32-si Azərbaycan cərrahlarına məxsus elmi işlərdən 11-i ATU-nun I-cərrahi xəstəliklər kafedrasının əməkdaşlarına aid olmuşdur (Prof., Adil Qeybulla, Prof., Surəddin Zeynalov, Dos., Ədalət Rüstəm, Dos., Nadir Zeynalov, Dos., Solmaz İmanova, Tibb üzrə f.d., Aynur Səfiyeva., Tariyel Ömərov, Tibb üzrə f.d. Sevinc Salahova, Tibb üzrə f.d. Elman Əzimov, Doktorant Aygün İbrahimova və Rezidnt Elvin İsazadə). Kafedra müdiri, AMEA-nın müxbir üzvi, Prof., Nuru Bayramov konqres daxilində keçirilən bir neçə iclasa sədrlik etmişdir.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015