Foto
ATU rezidentlərinin 6-cı (ATUREK 6) elmi-təcrübi konfransı
May 12, 2018 | 12:10 / Konfranslar, iclaslar
Oxunub 365 dəfə

Azərbaycan Tibb Universitetində (ATU) Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş ATU rezidentlərinin 6-cı (ATUREK 6) elmi-təcrübi konfransı keçirilib. Belə ki, plenar məruzələrin arasında kafedranın rezidenti Mehriban Hüseynovanın “Qaraciyər Patologiyalarinda Elastoqrafiya Və Patohistoloji Müayinələrin Nəticələrinin Müqayisəli Təhlili” adlı işi təqdim olunmuştur. Bölmə üzrə çıxışlarda isə Elvin İsazadənin "Qida Borusunun Divertikuluna Görə Qoyulan Stent Sonrasi Qranulyasion Toxuma Hesabina Tam Obturasiyasi və buna bağli Ezofaqoektomiya”, Araz İsmayılovun "Xoşxassəli Tiroid Düyünlərinin Lazer Ablasiyasi” adlı mövzuları da yer almışdır. Həmçinin poster təqdimatları arasında da kafedranın rezidenti Şirin Qəhrəmanlı “ERXPQ sonrasi Pankreatit zamanı müalicə və profilaktika” adlı işini təqdim etmişdir. Qeyd edək ki, həmin iş cərrahiyyə ihtisası üzrə posterlər arasında 1-ci olaraq seçilmiş və diplomla təltif edilmişdir.

Bu il ATUREK-6 altında keçirilən konfransa 25 ixtisas üzrə 150 elmi iş təqdim edilib, onlardan da 22 iş digər 9 bazaya aiddir. Həm də ilk dəfə olaraq pediatriya, kardiologiya, cərrahiyyə və şüa diaqnostikası ixtisasları üzrə seminarlar və kurslar təşkil edilib. Belə ki, 10.05.2018 tarixdə Azərbaycan Tibb Universiteti Tədris Cərrahiyyə klinikasında ATUREK 6 elmi-praktik konfrans həftəsində "Qalxanabənzər vəzi xəstəliklərində ultrasonografiya və incə iynə aspirasion biopsiya kursu"keçirildi. Gələcəkdə bu kimi kursların sayının daha da artırılması nəzərdə tutulub.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015