Foto
Azərbaycan Milli Ordusunun yaradılmasınınn 100 illik yubileyinə həsr olunmuş “Hərbi təbabətin aktual məsələləri” mövzusunda elmi-praktik konfrans
May 06, 2018 | 11:00 / Konfranslar, iclaslar
Oxunub 297 dəfə

Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalının bazasında Azərbaycan Tibb Universitetinin hərbi tibb fakultəsinin təşkilatçılığı ilə Azərbaycan Milli Ordusunun yaradılmasınınn 100 illik yubileyinə həsr olunmuş “Hərbi təbabətin aktual məsələləri” mövzusunda elmi-praktik konfrans keçirilmişdir. Azərbaycan Respublikasının dövlət himni səsləndirildikdən və Azərbaycan Ordusunun tarixə dair qısametrajlı sənədli film göstərildikdən sonra konfransın rəsmi açılışı olmuşdur. İlk söz Müdafiə Nazirliyinin  döyüş hazırlığı və təhsil idarəsinin rəisi general-leytenant N. Osmanova verilmiş, ardlnca Azərbaycan Tibb Universitetinin prorektoru professor S.C. Əliyev Universitetin rəhbərliyi və rektoru adından iştirakçıları təbrik etmiş və konfransın işinə uğurlar arzulamışdır. Sonra plenar iclas və bölmə iclasları keçirilmişdir. Cərrahiyyə bölməsində ATU-nun I-cərrahi xəstəliklər kafedrasının əməkdaşlarının (Tibb üzrə f.d. Tariyel Ömərov, Tibb üzrə f.d. Sevinc Salahova, Doktorant Tibb üzrə f.d., Aynur Səfiyeva, Doktorant Xatirə Şirinova və Tibb üzrə f.d. Elman Əzimov) çıxışları maraqla qarşılandı.  Konfransın təşkilat komitəsinin sədri əməkdar həkim, tibb xidməti polkovniki Çingiz Əlləzov fəal iştirakçılara, o cümlədən kafedramızın əməkdaşlarına sertifikat təqdim etdi. Konfrans öz işini sabah bölmə iclaslarında davam etdirəcəkdir.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015