ATU-nun Tədris Cərrahiyyə Klinikasında elmi-praktik seminar keçirilib
Mart 30, 2018 | 10:00 / Konfranslar, iclaslar
Oxunub 1271 dəfə

Martın 30-da ATU-nun Tədris Cərrahiyyə Klinikasında universitetin I Cərrahi xəstəliklər kafedrasının müdiri, AMEA- nın müxbir üzvi, professor Nuru Bayramov və Azərbaycan Cərrahlar Birliyinin sədri Eldar Əhmədovun təşəbbüsü ilə elmi-praktik seminar keçirilib. Seminarda koloproktologiyanın aktual problemlərinə həsr edilmiş məruzələrlə gənc həkim və universitetin tələbələri qarşısında məruzələrlə çıxış edilib.

Gömrük Hospitalının həkim-cərrahı Aynur Səfiyevanın “Kolorektal poliplər və kök hüceyrələri”, Respublika Müalicəvi Diqanostika Mərkəzinin həkim-cərrahı İlqar İsmayılovun “Rektum törəmələrində transanal minimal invaziv cərrahiyyə” mövzusularında etdikləri məruzələr iştirakçılar tərəfindən maraqla qarşılanıb. Mövzular ətrafında çoxsaylı suallar verilib və bir sıra təkliflər səsləndirilib. Diskussiya şəraitində seminar öz işini başa çatdırıb

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015