Yubiley. Teyyub Əliyev - 50
Noy 21, 2017 | 11:00 / Yubileylər
Oxunub 846 dəfə

Bu günlərdə kafedramızın baş laborantı Tibb ü.f.d., təcrübəli cərrah Teyyub Qurban oğlu Əliyevin 50 yaşı tamam oldu. Yubiley münasibəti ilə Azərbaycan Tibb Universitetinin I Cərrahi Xəstəliklər Kafedrasının kollektivi adından kafedra müdiri AMEA-nın müxbir üzvü, professor Nuru Bayramov çıxış etdi. O bildirdi ki, Teyyub həkim mənalı və zəngin həyat yolu keçmiş, tələbələrin, kollektivin və xəstələrin böyük  hörmətini qazanmışdır. Çıxışın sonunda ona möhkəm can sağlığı, ailə səadəti, xoşbəxtlik, elmi-praktik və həkimlik fəaliyyətində yeni - yeni uğurlar arzu etdi.  

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015