Pedaqogika və Psixologiya Problemləri üzrə Elmi Şuranın növbəti iclası keçirilmişdir
Yan 29, 2019 | 09:43 / Konfranslar, iclaslar
Oxunub 428 dəfə

Azərbaycan Respublikasının Təhsil İnstitutunun nəzdində fəaliyyət göstərən Azərbaycan Respublikasının Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası Pedaqogika və Psixologiya Problemləri üzrə Elmi Şuranın (PPPEŞ) 23 yanvar 2019-cu ildə növbəti iclası keçirilmişdir.

İclasda respublikamızın 11 elm və təhsil müəssisəsindən daxil olmuş 3-ü elmlər, 50-si fəlsəfə doktorluğu hazırlığı üzrə, 42-si pedaqogika, 11-i psixologiya sahələri üzrə ümumilikdə 53 dissertasiya mövzusu müzakirə olunub.

Təqdim olunmuş bütün mövzular müvafiq qaydada Şuranın elektron qeydiyyat bazasına daxil edilmişdir.

Mövzulara ölkəmizin alimləri tərəfindən müvafiq rəy verilmiş və onların Şura üzvlərinin müzakirəsinə çıxarılması tövsiyə edilmişdir. Rəyçilər ümumilikdə 35 dissertasiya mövzusunun təqdim olunduğu şəkildə təsdiq edilməsini məqsədəuyğun hesab etmişlər. 18 dissertasiya mövzusuna redaksiya xarakterli müvafiq dəyişikliklərin edilməsi tövsiyə edilmişdir.

Müzakirədə  Pedaqogika və Psixologiya Problemləri üzrə Elmi Şuranın üzvlərindən prof. İntiqam Cəbrayılov (sədr), prof. Akif Abbasov, prof. Hümeyir Əhmədov, prof. Piralı Əliyev, prof. Ramiz Əliyev, prof. Ləzifə Qasımova, prof. Gülnar Hüseynzadə, prof. Dilqəm Quliyev, dosent Ənvər Abbasov, dosent Əli-Paşa Zeynalov (elmi katib), dosent Asif Hacıyev və digər alimlər, təqdim olunmuş dissertasiya mövzularının müəllifləri və onların rəhbər və məsləhətçiləri iştirak etmişlər.

Nəticədə 34 mövzu olduğu kimi, 18 mövzu müvafiq redaktə və düzəlişlərlə təsdiq edilmişdir. 1 nəfər dissertantın dissertasiya mövzusunun müzakirəsinin Elmi Şuranın növbəti iclasında keçirilməsi tövsiyə olundu.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015