Humanitar Elmlər Bölməsi üzrə dissertantura və doktoranturaya qəbulun nəticələri müzakirə olunub
Fev 20, 2019 | 03:59 / Mühüm hadisələr
Oxunub 323 dəfə

AMEA Humanitar Elmlər Bölməsinin ümumi yığıncağı keçirilib.

İclası giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib.

Əvvəlcə Humanitar Elmlər Bölməsinə daxil olan elmi müəssisələrdə kadr hazırlığının təkmilləşdirilməsi məsələsinə baxılıb. Müzakirədən sonra institut və təşkilatların rəhbərlərinə bu istiqamətdə tövsiyə və tapşırıqlar verilib, bölmə məsələ ilə bağlı müvafiq qərar qəbul edib.

Tədbirdə bölməyə daxil olan elmi müəssisələrdə 2018-2019-cu tədris ili üçün fəlsəfə doktoru hazırlığı üzrə dissertanturaya, elmlər doktoru hazırlığı üzrə dissertantura və doktoranturaya qəbulun nəticələri müzakirə olunub.

Bölmənin akademik-katibi, akademik Teymur Kərimli bildirib ki, cari tədris ili üçün fəlsəfə doktoru hazırlığı üzrə dissertanturaya 32, elmlər doktoru hazırlığı üzrə dissertanturaya 17, elmlər doktoru hazırlığı üzrə doktoranturaya isə 10 nəfər qəbul olunub. Akademik-katib doktorant və dissertantlara gələcəkdə də müvafiq elmi sahələrin perspektiv inkişafı üçün əhəmiyyətli mövzulara üstünlük verilməsini tövsiyə edib. T.Kərimli vurğulayıb ki, dissertasiya mövzuları mühüm sosial-iqtisadi və mədəni-mənəvi əhəmiyyət kəsb etməli, eyni zamanda, elmin qarşısında duran əsas tələb və vəzifələrə uyğun seçilməlidir.

Müzakirələrdən sonra dissertasiya mövzuları və elmi rəhbərlər təsdiq edilib, qəbulun nəticələrinin AMEA Rəyasət Heyətinə təqdim olunması qərara alınıb.

Sonra bir sıra cari məsələlərə baxılıb.

nizamimuseum.az

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015