Foto
Respublika Elmi Tədqiqatları Əlaqələndirmə Şurası nəzdində Filologiya Problemləri üzrə Elmi Şuranın 2019-cu il fevral iclası
Fev 15, 2019 | 09:48 / Konfranslar, iclaslar
Oxunub 1196 dəfə

        2019-cu il fevral ayının 14-də Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində akademik Rafael Hüseynovun sədrliyi və şuranın sədr müavini fil.ü.e.d., prof. Əskər Rəsulov, şuranın üzvləri filologiya üzrə elmlər doktorları, professorlar Bədirxan Əhmədov, Şəfəq Əlibəyli, Ramiz Əsgər, İmamverdi Həmidov, Bilal İsmayılov, Qəzənfər Kazımov, Paşa Kərimov, Rəhilə Qeybullayeva, Fəridə Əzizova, Hüseyn Həşimli, Azadə Musayeva, Cəlil Nağıyev, Seyfəddin Rzasoy, Qorxmaz Quliyev, Fəxrəddin Veysəllinin iştirakı ilə Filologiya Problemləri üzrə Elmi Şuranın cari il üçün növbəti iclası keçirilmiş və 4-ü elmlər doktorluğu, 28-i isə fəlsəfə doktorluğu hazırlığı olmaqla ümumilikdə 32 nəfər sənəd təqdim etmiş şəxsin mövzuları müzakirə olunmuşdur. 
       Elmlər doktoru hazırlığı proqramı üzrə mövzusunun müzakirəsi və təsdiqi üçün müraciət etmiş şəxslərdən AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun doktorantı İsmayılova Nərgiz Rəfail qızının “Avropa postmodernizmi və müstəqillik dövrü Azərbaycan bədii nəsrinin inkişaf təmayülləri” və Sumqayıt Dövlət Universitetinin dissertantı Məmmədova Törə Kamal qızının “Çağdaş Azərbaycan romanında sosial mühit və qəhrəman problemi” mövzuları adlarında heç bir dəyişiklik edilmədən qeydə alınmışdır.
       AMEA Nəsimi adına Dilçilik İnstitutunun dissertantı Əsgərova Türkan Mirzə qızının “Roman dillərində feilin zaman kateqoriyasının tarixi inkişafı” mövzusunda konkretləşdirilmə aparılaraq “Fransız dilində feilin zaman kateqoriyasının tarixi inkişafı”kimi təsdiq edilmişdir. 
Bakı Dövlət Universitetinin doktorantı Nəbiyeva Almara Vəzir qızının “Azərbaycan dastanlarının inkişaf istiqamətləri (Qarabağ dastançılıq arealı əsasında)” mövzusunun plan-prospekti yenidən işlənilməsi tövsiyyə edilərək təsdiqi növbəti iclasların birinə saxlanıldı.
      Fəlsəfə doktorluğu proqramı üzrə sənədlərini təqdim edən, daha əvvəlki iclaslarda mövzuları müzakirə edilmiş və lazımi tövsiyyələr və dəyişiliklər aparılmış şəxslərdən Azərbaycan Universitetinin doktorantı Atakişiyeva Tamara Rövşən qızı üçün “Həmidə Məmmədquluzadə və Banin yaradıcılığında memuar janrının epistemioloji təhlili”, Naxçıvan Dövlət Universitetinin dissertantı Cəbrayılova Nərgiz Adil qızı üçün “XIX əsrin əvvəlinin rus romantizmində Qafqaz milli adətləri və Şərq məhəbbət simvolikası”, Lənkəran Dövlət Universitetinin dissertantı İsmayılova Esmira Xəlil qızı üçün “Məmmədhüseyn Şəhriyarın anadilli poeziyasında milli yaddaş və onun yaratdığı milli özünüifadə ənənəsi”, Bakı Dövlət Universitetinin dissertantı Kərimli Vüsalə Qalib qızı üçün “Mir Cəlal Paşayevin bədii nəsrində sintaktik bütövlər”, Gəncə Dövlət Universitetinin qiyabi doktorantı Süleymanova Ramilə Yusif qızı üçün “Müasir türk dili ilə Azərbaycan dili şivələrindəki müştərək leksik vahidlərin semantikasında sabitlik və dəyişkənlik”, Bakı Mühəndislik Universitetinin dissertantı Cəfərli Mehriban Məhəmməd qızı üçün “Müasir Azərbaycan ədəbi-bədii dilində solisizmlərin struktur-praqmatik aspektləri”, Bakı Avrasiya Universitetinin dissertantı Quliyeva Aynur Nəsib qızı üçün “Azərbaycan ədəbi həyatı 1920-1940-cı illər Azərbaycan və mühacirət dövri mətbuatında”, Naxçıvan Dövlət Universitetinin dissertantı Məmmədova Aynur Akif qızı üçün “Ceyn Ostin romanlarının dil və üslub xüsusiyyətləri”, Bakı Slavyan Universitetinin doktorantı Məmmədova Ruqiyyə Bəhrəm qızı üçün “Müstəqillik dövrü Azərbaycan ədəbiyyatında komediya” mövzuları qeydə alınmışdır. 
      Eyni zamanda fəlsəfə doktorluğu üzrə mövzuları müzakirə edilmiş şəxslərdən Bakı Dövlət Universitetinin dissertantı Abbasov Həmid Camal oğlu üçün “Fransız maarifçilik ədəbiyyatı və Şərq”, Azərbaycan Universitetinin dissertantı Qarayev Sadıq Zaman oğlu üçün “Kamal Abdullanın nəsrində tarixi və mifoloji yaddaş problemi”, AMEA Nəsimi adına Dilçilik İnstitutunun dissertantı Babazadə Rəxşanə İslam qızı üçün “Mustafa Zəririn “Yüz hədis və yüz hekayə” əsərinin dil və üslub xüsusiyyətləri”, Naxçıvan Dövlət Universitetinin dissertantı Əliyeva Gülnar Yavər qızı üçün “Rus və Azərbaycan dillərinin semantik məkanında “bitki” konsepti”, Azərbaycan Dillər Universitetinin dissertantı Həsənova Sevda Hüseyn qızı üçün “İngilis danışıq leksikasının Azərbaycan dilinə transformasiyası”, Bakı Dövlət Universitetinin doktorantı İsgəndərzadə Püstə Mehbala qızı üçün “Molla Camal Rəncinin “Şeyx Sənan və tərsa qızı” poeması”, Naxçıvan Dövlət Universitetinin dissertantı Orucova Dilbər İsgəndər qızı üçün “Müasir ingilis diilində dini metaforaların linqvokulturoloji perspektivləri”, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun dissertantı Məmmədova Könül Vaqif qızı üçün “Cəfər Cabbarlı və mətbuat”, AMEA Nəsimi adına Dilçilik İnstitutunun doktorantı Saydova Aynur Vilayət qızı üçün “XIII-XIV əsrlər qıpçaq abidəsi “Kodeks-Kumanikus”un linqvotekstoloji tədqiqi”, Xəzər Universitetinin doktorantı Səfərzadə Əminə Ənvər qızı üçün “Müasir ingilis dilində söz sırası və cümlə vurğusunun korrelyasiyası” mövzuları adlarında dəyişiklik edilmədən qeydə alınmışdır.
      Azərbaycan Dillər Universitetinin doktorantı Abbasova Aytəmiz Abbas qızının “Nəzakətsizlik linqvistik-praqmatik kateqoriya kimi” mövzusu və Bakı Slavyan Universitetinin doktorantı Əkbərli Turan Telman qızının “İngilisdilli ədəbiyyatlardan Azərbaycan dilinə tərcümələrdə lakunların interpretasiyası linqvokulturoloji problem kimi (postsovet dövr tərcümələri əsasında)” mövzularının adı redaktə edilmiş və müvafiq olaraq “Nəzakətsizlik linqvo-praqmatik kateqoriya kimi” və “İngilisdilli ədəbiyyatdan Azərbaycan dilinə tərcümədə lakunların interpretasiyası linqvokulturoloji problem kimi” şəklində təsdiq edilmişdir. Azərbaycan Universitetinin doktorantı Əhmədova Günel Rzaqulu qızının “Azərbaycan dilində səbəb-nəticə əlaqəsinin sintaktik ifadəsi problemi” mövzusu konkretləşdirilərək “Azərbaycan dilində “səbəb-nəticə” konsepti” kimi, Azərbaycan Dillər Universitetinin doktorantı Xanlarova Aynurə Şöhrət qızının mövzusu “Müxtəlifsistemli dillərdə frazeoloji vahidlərin transformasiya problemi (ingilis və Azərbaycan dillərinin materialları əsasında)” əvəzinə “Müxtəlifsistemli dillərdə frazeoloji vahidlərin transformasiya problemi” şəklində qeydə alınmışdır. 
      Bakı Slavyan Universitetinin doktorantı Ağayeva Nigar Ağadda qızının “XX əsrin ikinci yarısı Azərbaycan nəsrində yuxu motivi (1960-1995)” mövzusu “XX əsr Azərbaycan nəsrində yuxu motivi” kimi dəyişdirilərək yeni plan-prospekt işlənməsi tövsiyyə edildi və təsdiqi növbəti iclasların birinə saxlanıldı.
     AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun dissertantı Ələkbərova Lalə Zakir qızının “XX əsr Azərbaycan lirikasında Füzuli ənənələri (1920-1960-cı illər)” mövzusu daha əvvəl müdafiə edilmiş oxşar mövzu olduğundan araşdırma istiqamətin dəyişdirilməsi tövsiyyə edildi və dəqiqləşdirlmələr aparıldıqdan sonra növbəti yığıncaqlarda yenidən baxılması qət olundu. 
     Bakı Dövlət Universitetinin dissertantı Əzizova Aynur Qüdrət qızının mövzusu “Oğuz Atayın yaradıcılığında postmodernizm və Şərq-Qərb mədəniyyətlərinin qarşılıqlı əlaqəsi” əvəzinə “Oğuz Atayın yaradıcılığında postmodernizm və mədəniyyətlərin diskursu” kimi formalaşdırılaraq iddiaçıya növbəti iclasadək uyğun plan-prospekt hazırlamaq məsləhət görülmüşdür.
      Bakı Slavyan Universitetinin dissertantı Qurbanova Xədicə Məhərrəm qızının “Müasir poetik tərcümədə bədii təsvir və ifadə vasitələrinin saxlanılması problemi (ingilis dilindən Azərbaycan dilinə tərcümə olunmuş materiallar əsasında)” mövzusunda qoyulan problemin ixtisasa daha uyğun olması üçün “İngilisdilli poeziyanın Azərbaycan dilinə poetik tərcüməsində bədii təsvir və ifadə vasitələri” kimi dəyişdirilərək müvafiq plan-prospekt hazırlanması tövsiyyə edildi və növbəti iclasların birində təsdiq edilə biləcəyi qət olundu. 
     Azərbaycan Dillər Universitetinin dissertantı Rüstəmov Qismət Elçin oğlunun “Çağdaş Amerika nəsrində identiklik axtarışları (Cefri Yevgenides və Conatan Safran Foyer yaradıcılığı əsasında)” mövzusunda dəqiqləşdirilmə aparılaraq “Cefri Yevgenides və Conatan Safran Foyer nəsrində identiklik axtarışları” kimi formalaşdırıldı və təsdiqi növbəti iclasların birində nəzərdə tutuldu. 
       İclasda müzakirə edilən 32 mövzudan 5-nin adında dəyişiklik edilməklə ümumilikdə 26 mövzu qeydə alınmışdır. 6 mövzu isə qeyri-məqbul sayılmışdır.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015