Foto
Biologiya Problemləri üzrə Elmi Şuranın iclasında 40 dissertasiya mövzuzu müzakirə olunub
Fev 20, 2019 | 03:56 / Konfranslar, iclaslar
Oxunub 322 dəfə

AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda Respublika Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının Biologiya Problemləri üzrə Elmi Şurasının cari ildə ilk iclası keçirilib.

İclasda AMEA-da 2017/2018-ci tədris ili üçün fəlsəfə doktoru hazırlığı proqramı üzrə dissertanturaya, elmlər doktoru hazırlığı üzrə qiyabi doktorantura və dissertanturaya qəbulla bağlı dissertasiya mövzuları və akademiyadan kənar təşkilatlardan daxil olan mövzular müzakirə edilib.

Şuranın müzakirəsinə 20 elmlər, 20 fəlsəfə doktorluğu hazırlığı üzrə ümumilikdə 40 mövzu təqdim olunub.

Müzakirələrdə şuranın elmi katibi, AMEA-nın müxbir üzvü Pənah Muradov, şuranın üzvləri - akademik Validə Əlizadə, AMEA-nın müxbir üzvləri - Xəlil Qasımovİlham Ələkbərov, biologiya üzrə elmlər doktorları - Səftər SüleymanovSəyyarə İbadullayevaElman İsgəndərYaşar Feyziyev, Arif Mehdiyev, prof. Canbaxış Nəcəfov və digərlər iştirak edərək, mövzularla bağlı fikir və təkliflərini səsləndiriblər.

İclasda müzakirə edilən 40 mövzudan 16-sı elmlər, 18-si fəlsəfə doktoru üzrə olmaqla 34 mövzu müəyyən dəyişikliklər olunmaqla təsdiqlənib, 3 mövzu isə yenidən baxılması üçün uyğun təşkilatlara qaytarılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015