“Ağbaba aşıq mühiti” kitabı işıq üzü görmüşdür
Okt 18, 2015 | 10:18 / Konfranslar, iclaslar
Oxunub 798 dəfə

AMEA Folklor İnstitutunun əməkdaşı Tacir Qurbanovun “Ağbaba aşıq mühiti” kitabı çap olunmuşdur.

Nəşrdə Ağbaba aşıq mühitinin tarixi-mədəni mənzərəsinin müəyyənləşməsi, onun tarixi, müasir nümayəndələrinin yaradıcılığının dərindən araşdırılması, eləcə də ifaçılıq, sənətkarlıq məsələləri haqqında məlumat yer almışdır.

3 fəsildən ibarət olan kitabda Ağbaba aşıq mühitinə mənsub sənətkarların elmi kataloqu da təqdim edilmişdir.

Kitabın redaktoru fil.ü.e.d. Mahmud Allahmanlı, rəyçisi isə prof. Maarifə Hacıyevadır.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015