AZƏRBAYCAN                RESPUBLİKASI
ELMİ TƏDQİQATLARIN ƏLAQƏLƏNDİRİLMƏSİ ŞURASI
Biologiya, Aqrar və Tibb elmləri üzrə Problem Şurasının 12-ci iclası keçirilib
Noy 24, 2022 | 11:00 / Konfranslar, iclaslar
Oxunub 385 dəfə

Azərbaycan Respublikası Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının Biologiya, Aqrar və Tibb elmləri üzrə Problem Şurasının tibb işçi qrupu ilə birgə iclası keçirilib.

İclasda tibb üzrə 16 dissertasiya mövzusu müzakirəyə çıxarılıb. Dissertasiya mövzuları tibb elmləri doktorları Yasmin Rüstəmova, Emil İskəndərov, tibb üzrə fəlsəfə doktorları Aynur Safıyeva və Gülnaz Bədəlova tərəfindən təqdim edilib.

Müzakirələrdə Problem şurasının, Tibb işçi qrupunun üzvləri (AMEA-nın müxbir üzvü Nuru Bayramov, professorlar Adil Allahverdiyev, Eldar Qasımov, Tahir Süleymanov, Emma Ağayeva, Nailə Sultanova və b.), iddiaçılar, müvafiq dissertasiya işlərinin elmi rəhbərləri və məsləhətçiləri iştirak ediblər.

Müzakirəyə çıxarılan 13 dissertasiya işi bəzi mövzuların adında dəyişikliklər edilməklə təsdiq edilib, 3 iş təkrar baxılmaq üçün geri qaytarılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015