AZƏRBAYCAN                RESPUBLİKASI
ELMİ TƏDQİQATLARIN ƏLAQƏLƏNDİRİLMƏSİ ŞURASI
Yer Elmləri üzrə Problem Şurasının növbəti iclası keçirilib
Noy 23, 2022 | 15:00 / Konfranslar, iclaslar
Oxunub 15 dəfə

Azərbaycan Respublikası Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının (ETƏŞ) Yer Elmləri üzrə Problem Şurasının növbəti iclası keçirilib.

İclasda Problem şurasının üzvləri, fəlsəfə doktoru hazırlığı üzrə dissertasiya mövzularının təsdiqi üçün müraciət edən iddiaçılar, eləcə də həmin dissertasiya işləri üzrə elmi məsləhətçilər və rəhbərlər iştirak ediblər.

AMEA-nın vitse-prezidenti, Problem şurasının sədri, akademik İbrahim Quliyev çıxış edərək gündəlikdə duran məsələləri diqqətə çatdırıb. Qeyd edib ki, tədbir respublikanın müxtəlif ali məktəblərindən daxil olmuş fəlsəfə doktoru hazırlığı üzrə dissertasiya mövzularının təsdiqi məsələlərinə həsr olunub.

Sonra Problem şurasının elmi katibi Reyhan Qasımova 3 fəlsəfə doktoru hazırlığı üzrə daxil olmuş dissertasiya mövzularını təqdim edib. Hər bir mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb, iddiaçılar Problem şurası üzvlərinin suallarını cavablandırıblar.

Sonda dissertasiya mövzuları ilə bağlı müvafiq qərarlar qəbul olunub.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015