AZƏRBAYCAN                RESPUBLİKASI
ELMİ TƏDQİQATLARIN ƏLAQƏLƏNDİRİLMƏSİ ŞURASI
Biologiya, Aqrar və Tibb Elmləri üzrə Problem Şurasının 11-ci iclası keçirilib
Noy 03, 2022 | 17:00 / Konfranslar, iclaslar
Oxunub 376 dəfə

AR Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının Biologiya, Aqrar və Tibb Elmləri üzrə Problem Şurasının tibb işçi qrupu ilə birgə iclası keçirilib.

İclasda tibb üzrə 12 dissertasiya mövzusu müzakirəyə çıxarılıb. Dissertasiya mövzuları tibb elmləri doktoru Rasim Cəfərli və tibb üzrə fəlsəfə doktoru Aynur Safıyeva tərəfindən təqdim edilib.

Müzakirələrdə Problem şurasının, Tibb işçi qrupunun üzvləri (AMEA-nın müxbir üzvü Nuru Bayramov, t.e.d., prof. Eldar Qasımov, ə.e.d., prof. Tahir Süleymanov, t.e.d., prof. Emma Ağayeva, t.e.d., prof. Nailə Sultanova və b.), iddiaçılar, müvafiq dissertasiya işlərinin elmi rəhbərləri və məsləhətçiləri iştirak ediblər.

Müzakirəyə çıxarılan 11 dissertasiya işi bəzi mövzuların adında dəyişikliklər edilməklə təsdiq edilib, 1 iş təkrar baxılmaq üçün geri qaytarılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015