AZƏRBAYCAN                RESPUBLİKASI
ELMİ TƏDQİQATLARIN ƏLAQƏLƏNDİRİLMƏSİ ŞURASI
Foto
Kimya Elmləri üzrə Problem Şurasının növbəti iclası keçirilib
Okt 06, 2022 | 17:00 / Konfranslar, iclaslar
Oxunub 468 dəfə

Oktyabrın 6-da akad. M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda Azərbaycan Respublikası Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası nəzdində Kimya Elmləri üzrə Problem Şurasının növbəti iclası keçirilib.

İclası şuranın sədr müavini, k.e.d., professor Akif Əliyev açaraq tədbir iştirakçılarını gündəlikdəki məsələlərlə tanış edib.

Dissertasiya işlərinin yazılması ilə bağlı tövsiyələrini verən alim mövzuların adlarının onun məzmununu tam əks etdirməsinə dair fikirlərini bölüşüb. O cümlədən təklif edib ki, dissertantura və ya doktoranturaya qəbul olmuş tədqiqatçıların dissertasiya mövzularının adlarının tədqiqat işi bitdikdən sonra təsdiqə təqdim edilməsi daha məqsədəuyğundur: “Çünki tədqiqatın gedişindən asılı olaraq, bəzən nəticələr müxtəlif olur, mövzunun adı bu zaman nəticə və ya ixtisasla uzlaşmır”.

Akif Əliyev iddiaçılara və elmi rəhbərlərə mövzuların adlarını yazarkən Azərbaycan dilinin qrammatikasına riayət etməyi məsləhət görüb.

Sonra Problem Şurasının üzvləri çıxış edərək bir sıra təkliflərini səsləndiriblər.

İclasda 2305.01 – Nüvə kimyası, 2317.01- Nanokimya və nanomateriallar və 2303.01 – Qeyri-üzvi kimya ixtisasları üzrə 3 dissertasiya mövzusu müzakirə edilib.

Sonda təqdim edilən 1 dissertasiya mövzusu redaktə olunaraq, 2 dissertasiya mövzusu isə təqdim edildiyi adla Kimya Elmləri üzrə Problem Şurası tərəfindən təsdiqlənib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015