AZƏRBAYCAN                RESPUBLİKASI
ELMİ TƏDQİQATLARIN ƏLAQƏLƏNDİRİLMƏSİ ŞURASI
Biologiya, Aqrar və Tibb Elmləri üzrə Problem Şurasının 8-ci iclası keçirilib
İyl 19, 2022 | 09:30 / Konfranslar, iclaslar
Oxunub 213 dəfə

Azərbaycan Respublikası Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının Biologiya, Aqrar və Tibb Elmləri üzrə Problem Şurasının iclası keçirilib.

AMEA-nın vitse-prezidenti, Problem şurasının sədri, akademik İradə Hüseynova “Zoom” proqramı üzərindən keçirilən iclası açaraq gündəlikdə duran məsələlər haqqında şura iştirakçılarını məlumatlandırıb.

İclasda tibb üzrə 15 dissertasiya mövzusu müzakirəyə çıxarılıb. Dissertasiya mövzuları t.e.d. Rasim Cəfərli və t.ü.f.d. Aynur Safıyeva tərəfindən təqdim edilib.

Müzakirələrdə Problem şurasının, Tibb işçi qrupunun üzvləri (t.e.d., prof. Eldar Qasımov, t.e.d., prof. Valeh Mirzəzadə,  t.e.d., prof. Emma Ağayeva, t.e.d., prof. Nizami Bağırov, t.e.d. Sayman Qədimova və b.), iddiaçılar, müvafiq dissertasiya işlərinin elmi rəhbərləri və məsləhətçiləri iştirak ediblər.

Müzakirəyə çıxarılan 10 iş bəzi mövzuların adında dəyişikliklər edilməklə təsdiq edilib, 5 iş təkrar baxılmaq üçün geri qaytarılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015