AZƏRBAYCAN                RESPUBLİKASI
ELMİ TƏDQİQATLARIN ƏLAQƏLƏNDİRİLMƏSİ ŞURASI
Kimya Elmləri üzrə Problem Şurasının növbəti iclası keçirilib
İyn 30, 2022 | 16:00 / Konfranslar, iclaslar
Oxunub 607 dəfə

İyunun 30-da akad. M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda Azərbaycan Respublikasi Elmi Tədqiqatlarin Əlaqələndirilməsi Şurası nəzdində Kimya Elmləri üzrə Problem Şurasının növbəti iclası keçirilib.

İclası Problem şurasının sədrinin müavini, k.e.d., professor Akif Əliyev açaraq şuranın üzvlərini, gələn iddiaçıları, onların elmi rəhbər və məsləhətçilərini salamlayaraq, dissertasiyaların adlarının onun məzmununu tam əks etdirməsi məsələləri haqqında məlumatlar verib. O cümlədən, təklif edib ki, dissertantura və ya doktoranturaya yeni qəbul olmuş tədqiqatçıların dissertasiya mövzularının adlarının tədqiqat işi bitdikdən sonra təsdiqə təqdim edilməsi daha məqsədəuyğundu: “Çünki tədqiqatın gedişindən asılı olaraq, bəzən nəticələr müxtəlif olur, mövzunun adı bu zaman nəticə və ya ixtisasla uzlaşmır”.

İclasda 2314.01- Neft kimyası, 2318.01- Kompozit materialların kimyası və texnologiyası, 2306.01- Üzvi kimya, 3321.01- Neft-qaz, daş kömür emalı və texnologiyası, 3349.01- Qaz emalı proseslərinin kimyası və texnologiyası, 3303.01- Kimya texnologiyası və mühəndisliyi ixtisasları üzrə 8 dissertasiya mövzusu ətraflı müzakirə edilib.

Sonda 6 dissertasiya mövzusu redaktə olunaraq, 2 dissertasiya mövzusu isə təqdim edildiyi adla təsdiqlənib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015