AZƏRBAYCAN                RESPUBLİKASI
ELMİ TƏDQİQATLARIN ƏLAQƏLƏNDİRİLMƏSİ ŞURASI
İctimai Elmlər üzrə Problem Şurasının növbəti iclası keçirilib
İyn 28, 2022 | 14:00 / Konfranslar, iclaslar
Oxunub 614 dəfə

Azərbaycan Respublikası Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının İctimai Elmlər üzrə Problem Şurasının növbəti iclası keçirilib.

“ZOOM” platforması üzərindən keçirilən onlayn iclasda Problem şurasının üzvləri, fəlsəfə və elmlər doktoru hazırlığı üzrə dissertasiya mövzularının təsdiqi üçün müraciət edən iddiaçılar, eləcə də həmin dissertasiya işləri üzrə elmi məsləhətçilər və rəhbərlər iştirak ediblər.

Problem şurasının sədri, akademik Nərgiz Axundova iclas iştirakçılarını salamlayaraq gündəlikdə duran məsələləri diqqətə çatdırıb.

Sonra N.Axundova fəlsəfə və elmlər doktoru hazırlığı üzrə daxil olmuş 73 dissertasiya mövzusunu təqdim edib.

29 işin adında elmi və texniki redaktələr edilib, 2 dissertasiya işinin adı elmi tələblərə cavab vermədiyindən yenidən baxılması üçün müvafiq elmi şuralara qaytarılması tövsiyə edilib.

Sonda dissertasiya mövzuları ilə bağlı müvafiq qərarlar qəbul olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015