AZƏRBAYCAN                RESPUBLİKASI
ELMİ TƏDQİQATLARIN ƏLAQƏLƏNDİRİLMƏSİ ŞURASI
Foto
Kimya Elmləri üzrə Problem Şurasının növbəti iclası keçirilib
May 26, 2022 | 10:00 / Konfranslar, iclaslar
Oxunub 567 dəfə

Mayın 25-də akad. M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda Azərbaycan Respublikası Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının Kimya Elmləri üzrə Problem Şurasının növbəti iclası keçirilib.

İclası Problem şurasının sədr müavini, k.e.d., professor Akif Əliyev açaraq şuranın üzvlərini, iddiaçıları, onların elmi rəhbər və məsləhətçilərini salamlayaraq, hazırda dissertasiya mövzularının aktuallığı, elmi yeniliyi, dissertasiyaların adlarının onun məzmununu tam əks etdirməsi haqqında geniş məlumat verib. Həmçinin yeni doktorant və ya dissertantların dissertasiya mövzularının adlarının tədqiqat işi bitdikdən sonra təsdiqə təqdim edilməsinin daha məqsədəuyğun olacağını söyləyib: “Çünki tədqiqatın gedişindən asılı olaraq, bəzən nəticələr müxtəlif olur, mövzunun adı bu zaman nəticə və ya ixtisasla uzlaşmır”. A.Əliyev iddiaçılara və elmi rəhbərlərə mövzuların adlarını yazarkən Azərbaycan dilinin qrammatikasına riayət etməyi məsləhət görüb.

İclasda 2314.01- Neft kimyası, 2316.01- Kimyəvi kinetika və kataliz, 2318.01- Kompozit materialların kimyası və texnologiyası, 2305.01- Nüvə kimyası, 2303.01- Qeyri-üzvi kimya, 2317.01- Nanokimya və nanomateriallar, 2306.01- Üzvi kimya ixtisasları üzrə 9 dissertasiya mövzusu ətraflı müzakirə edilib.

Sonda təqdim edilən 6 dissertasiya mövzusu redaktə olunaraq, 2 dissertasiya mövzusu isə təqdim edildiyi adla təsdiqlənib. 1 dissertasiya mövzusunun yenidən baxılmaq üçün ilkin Elmi şuraya təqdim edilməsi tövsiyə olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015