AZƏRBAYCAN                RESPUBLİKASI
ELMİ TƏDQİQATLARIN ƏLAQƏLƏNDİRİLMƏSİ ŞURASI
Foto
Azərbaycan Milli Elmlər Akademiyasının Ümumi yığıncağı keçirilir
Apr 27, 2022 | 11:30 / Konfranslar, iclaslar
Oxunub 724 dəfə

Bu gün AMEA-nın Əsas binasında Azərbaycan Milli Elmlər Akademiyasının 2021-ci ildəki elmi və elmi-təşkilati fəaliyyətinə həsr olunmuş Ümumi yığıncağı keçirilir.

Tədbirdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, Təhsil naziri Emin Əmrullayev, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri Famil Mustafayev, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, AMEA-nın Rəyasət Heyətinin üzvləri, dövlət və hökumət rəsmiləri, millət vəkilləri, Akademiyanın həqiqi və müxbir üzvləri, AMEA-nın elmi müəssisə və təşkilatlarının baş və icraçı direktorları, ali təhsil müəssisələrinin rektorları, eləcə də xaricdə yaşayan azərbaycanlı alimlər iştirak edirlər.

Əvvəlcə qonaqlar “Elm günü”nə həsr edilmiş AMEA-nın elmi müəssisə və təşkilatlarında əldə olunan uğurları əks etdirən Akademiyanın elmi nailiyyətlərinin sərgisinə baxış keçiriblər.

Ümumi yığıncağın rəsmi hissəsi AMEA-nın prezidenti v.i.e., akademik Arif Həşimovun giriş nitqi ilə başlayıb.

Hazırda Akademiyanın elmi bölmələrinin 2021-ci ildəki elmi və elmi-təşkilati fəaliyyətlərinə dair hesabatları dinlənilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015