AZƏRBAYCAN                RESPUBLİKASI
ELMİ TƏDQİQATLARIN ƏLAQƏLƏNDİRİLMƏSİ ŞURASI
Foto
Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda Kimya Elmləri üzrə Problem Şurasının iclası keçirilib
Apr 14, 2022 | 12:00 / Konfranslar, iclaslar
Oxunub 628 dəfə

AMEA-nın Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda Azərbaycan Respublikası Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası nəzdində Kimya Elmləri üzrə Problem Şurasının növbəti iclası keçirilib.

Tədbiri Problem şurasının sədr müavini, k.e.d., professor Akif Əliyev açaraq hazırda dissertasiya mövzularının aktuallığı, dissertasiyaların adlarının onun məzmununu tam əks etdirməsi məsələləri haqqında məlumatlar verib. O cümlədən, təklif edib ki, yeni doktorant və ya dissertantların dissertasiya mövzularının adlarının tədqiqat işi bitdikdən sonra təsdiqə təqdim edilməsi daha məqsədəuyğundur. Akif Əliyev iddiaçılara və elmi rəhbərlərə mövzuların adlarını yazarkən azərbaycan dilinin qrammatikasına riayət etməyi məsləhət görüb.

İclasda 2314.01- Neft kimyası, 2318.01- Kompozit materialların kimyası və texnologiyası, 3303.01- Kimya texnologiyası və mühəndisliyi və 2306.01- Üzvi kimya ixtisasları üzrə 5 dissertasiya mövzusu ətraflı müzakirə edilib.

Sonda baxılan bütün dissertasiya mövzuları redaktə olunaraq Problem şurası tərəfindən təsdiqlənib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015