AZƏRBAYCAN                RESPUBLİKASI
ELMİ TƏDQİQATLARIN ƏLAQƏLƏNDİRİLMƏSİ ŞURASI
İctimai Elmlər üzrə Problem Şurasının cari ildə ilk iclası keçirilib
Mart 15, 2022 | 17:20 / Konfranslar, iclaslar
Oxunub 847 dəfə

Azərbaycan Respublikası Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının İctimai Elmlər üzrə Problem Şurasının cari ildə ilk iclası keçirilib.

Onlayn iclasda Problem şurasının üzvləri, fəlsəfə və elmlər doktoru hazırlığı üzrə dissertasiya mövzularının təsdiqi üçün müraciət edən iddiaçılar, həmçinin həmin dissertasiya işləri üzrə elmi məsləhətçilər və rəhbərlər iştirak ediblər.

Problem şurasının sədri, akademik Nərgiz Axundova və professor İlham Məmmədzadə iclas iştirakçılarını salamlayaraq gündəlikdə duran məsələləri diqqətə çatdırıblar.

Sonra N.Axundova fəlsəfə və elmlər doktoru hazırlığı üzrə daxil olmuş 92 dissertasiya mövzusunu təqdim edib.

Müzakirələrdən sonra dissertasiya mövzuları ilə bağlı müvafiq qərarlar qəbul olunub, 25-dən artıq işin adında elmi və texniki redaktələr edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015