AZƏRBAYCAN                RESPUBLİKASI
ELMİ TƏDQİQATLARIN ƏLAQƏLƏNDİRİLMƏSİ ŞURASI
Foto
Kimya Elmləri üzrə Problem Şurasının növbəti iclası keçirilib
Fev 24, 2022 | 14:00 / Konfranslar, iclaslar
Oxunub 314 dəfə

AMEA-nın akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda Azərbaycan Respublikası Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının Kimya Elmləri üzrə Problem Şurasının növbəti iclası keçirilib.

Tədbiri Problem şurasının sədr müavini, k.e.d., professor Akif Əliyev açaraq hazırda dissertasiya mövzularının aktuallığı, dissertasiyaların adlarının onun məzmununu tam əks etdirməsi məsələləri haqqında məlumatlar verib. O təklif edib ki, yeni doktorant və ya dissertantların dissertasiya mövzularının adlarının tədqiqat işi bitdikdən sonra təsdiqə təqdim edilməsi daha məqsədəuyğundur. Çünki tədqiqatın gedişindən asılı olaraq, bəzən nəticələr müxtəlif olur, mövzunun adı bu zaman nəticə və ya ixtisasla uzlaşmır. Akif Əliyev iddiaçılara və elmi rəhbərlərə mövzuların adlarını yazarkən Azərbaycan dilinin qrammatikasına riayət etməyi məsləhət görüb.

İclasda “2301.01- Analitik kimya”, “2314.01- Neft kimyası”, “2318.01- Kompozit materialların kimyası və texnologiyası”, “2308.01- Elektrokimya” və “2316.01- Kimyəvi kinetika və kataliz” ixtisasları üzrə 6 dissertasiya mövzusu ətraflı müzakirə edilib.

Sonda onlardan 1-i birbaşa, 5-i isə redaktə olunaraq təsdiqlənib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015