AZƏRBAYCAN                RESPUBLİKASI
ELMİ TƏDQİQATLARIN ƏLAQƏLƏNDİRİLMƏSİ ŞURASI
Foto
Rusiya Elmlər Akademiyasının nümayəndə heyəti Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib
Noy 26, 2021 | 15:00 / Mühüm hadisələr
Oxunub 836 dəfə

25-27 noyabr 2021-ci il tarixlərində Rusiya Elmlər Akademiyasının (REA) prezidenti, akademik Aleksandr Sergeyevin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycanda rəsmi səfərdədir.

Noyabrın 26-da REA prezidenti, akademik Aleksandr Sergeyev, vitse-prezident, akademik Yuriy Baleqa, prezidentin müşaviri, hüquq elmləri doktoru Rəşad Qurbanov, prezidentin Katibliyinin rəisi Valeriya Belyanina və REA-nın Beynəlxalq əlaqələr idarəsinin rəis müavini Olqa Qluxovtsevanın daxil olduğu nümayəndə heyəti Azərbaycan Milli Elmlər Akademiyası rəhbərliyinin nümayəndələri ilə birlikdə Fəxri xiyabanı ziyarət ediblər.

Rusiyalı qonaqlar müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar.

Nümayəndə heyəti görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsini ehtiramla anaraq, məzarı üzərinə gül dəstələri düzüblər.

Görkəmli dövlət xadimi Əziz Əliyevin və tanınmış həkim-alim Tamerlan Əliyevin məzarları üzərinə də gül dəstələri qoyulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015