AZƏRBAYCAN                RESPUBLİKASI
ELMİ TƏDQİQATLARIN ƏLAQƏLƏNDİRİLMƏSİ ŞURASI
Foto
Kimya Elmləri üzrə Problem Şurasının növbəti iclası keçirilib
Okt 14, 2021 | 10:00 / Konfranslar, iclaslar
Oxunub 828 dəfə

Oktyabrın 13-də AMEA-nın akad. M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda Azərbaycan Respublikası Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası nəzdində Kimya Elmləri üzrə Problem Şurasının növbəti iclası keçirilib.

İclası Kimya Elmləri üzrə Problem Şurasının sədr müavini, k.e.d., professor Akif Əliyev açaraq hazırda dissertasiya mövzularının aktuallığı, dissertasiyaların adlarının onun məzmununu tam əks etdirməsi məsələləri barədə məlumat verib.

Tədbirdə 2314.01 – “Neft kimyası”, 3303.01 – “Kimya texnologiyası və mühəndisliyi”, 2303.01 – “Qeyri-üzvi kimya”, 2391.01 – “Ekoloji kimya”, 2306.01 – “Üzvi kimya” və 3321.01 – “Neft-qaz-daş kömür emalı və texnologiyası” ixtisasları üzrə 11 dissertasiya mövzusu müzakirə olunub.

Sonda bir neçə dissertasiya mövzusunun adının dəyişdirilməsi və korrektə olunması tövsiyə edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015