AZƏRBAYCAN                RESPUBLİKASI
ELMİ TƏDQİQATLARIN ƏLAQƏLƏNDİRİLMƏSİ ŞURASI
Nazirlər Kabineti “Azərbaycan Respublikası Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının yaradılması haqqında” Qərarda dəyişiklik edib
Apr 01, 2021 | 18:00 / Mühüm hadisələr
Oxunub 1294 dəfə

“Azərbaycan Respublikası Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının yaradılması haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 20 fevral tarixli Qərarında dəyişiklik edilib.

Qərara əsasən, “Şuranın sədrinin müavini” hissəsində “vitse-prezidenti” sözü “birinci vitse-prezidenti” sözləri ilə, “Şuranın məsul katibi” hissəsində “Əminağa Sadıqov – Azərbaycan Milli Elmlər Akademiyasının akademik-katibi, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü” sözləri isə “Adil Qəribov - Azərbaycan Milli Elmlər Akademiyasının akademik-katibi, akademik” sözləri ilə əvəz edilib. Həmçinin “Şuranın üzvləri” hissəsində hər iki halda “birinci vitse-prezidenti” sözləri “vitse-prezidenti” sözü ilə əvəzlənib.

Cabmin.gov.az

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015