AZƏRBAYCAN                RESPUBLİKASI
ELMİ TƏDQİQATLARIN ƏLAQƏLƏNDİRİLMƏSİ ŞURASI
“Elm” nəşriyyatı ABŞ-ın “EBSCO” məlumat bazası ilə əməkdaşlığa başlayıb
Avg 19, 2019 | 15:00 / Mühüm hadisələr
Oxunub 1872 dəfə

Azərbaycan Milli Elmlər Akademiyasının “Elm” nəşriyyatı ABŞ-ın “EBSCO” məlumat bazası ilə əməkdaşlığa başlayıb. 

İmzalanmış razılaşmaya əsasən, AMEA Rəyasət Heyətinin təsisçisi olduğu beynəlxalq "Türkologiya" jurnalı elmi tədqiqatlar və nəşrlər bazası olan “EBSCO”-ya daxil edilib. Hazırda AMEA-nın digər elmi jurnallarının da beynəlxalq elmi mərkəzlərlə əlaqələrinin gücləndirilməsi istiqamətində işlər davam etdirilir.

“Elm” nəşriyyatının direktoru Səbuhi Qəhrəmanov bildirib ki, elmi resursların əlaqələndiricisi kimi dünyada aparıcı mövqeyə malik “EBSCO” ilə əməkdaşlıq Azərbaycan elminin dünya elminə inteqrasiyası və inkişafına müsbət təsir göstərəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015