AZƏRBAYCAN                RESPUBLİKASI
ELMİ TƏDQİQATLARIN ƏLAQƏLƏNDİRİLMƏSİ ŞURASI
Rusiya Elmlər Akademiyasının prezidenti AMEA-nın Fizika İnstitutunun fəaliyyəti ilə tanış olub
May 21, 2019 | 16:00 / Konfranslar, iclaslar
Oxunub 1585 dəfə

AMEA-nın prezidenti, akademik Akif Əlizadə və Rusiya Elmlər Akademiyasının prezidenti, akademik Aleksandr Sergeyevin rəhbərlik etdiyi nümayəndə heyəti Fizika İnstitutunda olub.

Qonaqlar bu elmi müəssisədə aparılan tədqiqat işləri, xüsusilə müasir qurğular və maddi-texniki baza ilə tanış olublar.

AMEA Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi, institutun direktoru, akademik Nazim Məmmədov nümayəndə heyətinə rəhbərlik etdiyi qurumun əsas fəaliyyət istiqamətləri, burada əldə olunan mühüm elmi nəticələr, həmçinin spektroskopik ellipsometriya, raman spektroskopiyası, elektron paramaqnit rezonans və digər bu kimi müasir cihaz və avadanlıqların işləmə funksiyaları barədə məlumat verib. 

Akademik A.Sergeyev Fizika İnstitutunda həyata keçirilən tədbirləri, burada yaradılan innovativ mühiti yüksək qiymətləndirib, qurumun əməkdaşlarına gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir. 

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015