AZƏRBAYCAN                RESPUBLİKASI
ELMİ TƏDQİQATLARIN ƏLAQƏLƏNDİRİLMƏSİ ŞURASI
Foto
AMEA prezidenti Elm Gününə həsr olunan sərgi ilə tanış olub
Apr 01, 2019 | 11:21 / Konfranslar, iclaslar
Oxunub 2154 dəfə

AMEA-nın prezidenti, akademik Akif Əlizadə, AMEA-nın vitse-prezidentləri, akademiklər - İsa HəbibbəyliDilqəm Tağıyev və Yer Elmləri Bölməsinin akademik-katibi, akademik Fəxrəddin Qədirov Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun (MBBİ) əməkdaşlarının elmi əsərlərindən ibarət təşkil olunmuş sərgini ziyarət ediblər.

Mərkəzi Elmi Kitabxanada Elm Gününə həsr edilmiş tədbirlər çərçivəsində keçirilən sərgidə akademik Cəlal Əliyevin zəngin elmi irsini əks etdirən əsərləri, həmçinin institut əməkdaşlarının nüfuzlu elmi jurnallarda çap olunmuş məqalələri, monoqrafiyaları və kitabları yer alıb.

Sərgi zamanı AMEA-nın vitse-prezidenti, MBBİ-nin direktoru, akademik İradə Hüseynova görkəmli alim Cəlal Əliyevin elmi irsi və onun yaratdığı böyük məktəbin dünya elminə verdiyi töhfələr haqqında məlumat verib.

Akademik Akif Əlizadə isə öz növbəsində institut əməkdaşlarının qısa müddətdə yüksək elmi nəticələr göstərdiklərini bildirib, nümayiş etdirilən əsərlərin molekulyar biologiya, molekulyar fitopatologiya, bioinformatika və bionanotexnologiya sahəsində sürətli inkişafın göstəricisi olduğunu qeyd edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015