AZƏRBAYCAN                RESPUBLİKASI
ELMİ TƏDQİQATLARIN ƏLAQƏLƏNDİRİLMƏSİ ŞURASI
Foto
AMEA prezidenti Elm Günü münasibətilə təşkil olunan sərgini ziyarət edib
Mart 28, 2019 | 11:02 / Mühüm hadisələr
Oxunub 1839 dəfə

AMEA-nın prezidenti, akademik Akif Əlizadə, AMEA-nın vitse-prezidenti, akademik İbrahim QuliyevYer Elmləri Bölməsinin akademik-katibi, akademik Fəxrəddin Qədirov və AMEA İşlər idarəsinin rəisi, siyasi elmlər doktoru Fətəli Abdullayev Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) Elm Günü münasibətilə təşkil etdiyi sərgini ziyarət ediblər.

RSXM-in Zəlzələlərin Tədqiqatı Bürosunda baş tutan sərgidə mərkəzin direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli Azərbaycanda son 100 ildə seysmoloji tədqiqatlarda istifadə olunan cihazlar, aparılan araşdırmaların nəticələri, həmçinin qurumun əməkdaşlarının elmi nəşrləri barədə məlumat verib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015