AZƏRBAYCAN                RESPUBLİKASI
ELMİ TƏDQİQATLARIN ƏLAQƏLƏNDİRİLMƏSİ ŞURASI
"Beynəlxalq elmi jurnallarda məqalələrin yazılmasına dair tövsiyələr" mövzusunda seminar keçiriləcək
Fev 01, 2019 | 11:38 / Konfranslar, iclaslar
Oxunub 1873 dəfə

4 fevral 2019-cu il tarixində saat 11:00-da AMEA-nın Mərkəzi Elmi Kitabxanasında "Clarivate Analytics (Thomson Reuters)" agentliyinin Elmi informasiya resursları üzrə eksperti İneş Kenjina tərəfindən "Beynəlxalq elmi jurnallarda məqalələrin yazılmasına dair tövsiyələr" adlı seminar keçiriləcək.

Seminarda "Web of Science" platformasına daxil olan jurnallar, elmi məqalələrin təqdim edilmə qaydaları, seçim meyarları və digər praktiki məsələlərdən bəhs ediləcək.

Ünvan: Bakı şəh., H.Cavid pr. 129 (IV mərtəbə).

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015