AZƏRBAYCAN                RESPUBLİKASI
ELMİ TƏDQİQATLARIN ƏLAQƏLƏNDİRİLMƏSİ ŞURASI
Mərkəzi Elmi Kitabxanaya beynəlxalq təşkilatlardan 54 sənəd daxil olub
Fev 02, 2018 | 17:08 / Konfranslar, iclaslar
Oxunub 4746 dəfə

AMEA-nın Mərkəzi Elmi Kitabxanasına (MEK) 2018-ci ilin yanvar ayı ərzində beynəlxalq kitab mübadiləsi çərçivəsində 54 nüsxə sənəd (kitab, jurnal və CD) daxil olub.

Nəşrlər Rusiyanın “İnform-Sistema” Agentliyi, ABŞ-ın “Science News” jurnalının redaksiyası, Böyük Britaniyanın və Fransanın Təbiət Tarixi muzeylərinin kitabxanaları, Edinburq Kral Cəmiyyətinin Kitabxanası, Almaniyanın Bavariya Botanika Cəmiyyətinin redaksiyası və Avstriya Geologiya Assosiasiyasından MEK-ə təqdim edilib.

Bundan əlavə, Yaponiya Geologiya Cəmiyyəti, Hiroşima Universitetinin Riyaziyyat fakültəsi, Fransa Coğrafiya Cəmiyyəti, Türk Dil Qurumu, Niderland “Henley & Partner” Agentliyi, Sloveniya Elektrotexnika Assosiasiyası, Səudiyyə Ərəbistanının İnzibati İdarəetmə İnstitutu, Çexiya Xalq Muzeyi və digər ölkələrin təşkilatlarından da sənədlər əldə olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015