AZƏRBAYCAN                RESPUBLİKASI
ELMİ TƏDQİQATLARIN ƏLAQƏLƏNDİRİLMƏSİ ŞURASI
AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunda Mir Məhəmməd Hüseyni Möminin «Həkim Möminin töhfəsi» kitabının I cildi çapdan çıxmışdır.
Okt 16, 2015 | 17:19 / Yeni nəşrlər
Oxunub 2874 dəfə

AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunun «Elm və təhsil» nəşriyyatında Mir Məhəmməd Hüseyni Möminin «Həkim Möminin töhfəsi» kitabının I cildi çapdan çıxmışdır. 

 Səfəvilər dövrünün görkəmli təbibi, alimi olan M.Mömin Şah Süleymanın sarayında həkimbaşı vəzifəsində işlədiyi zaman yazdığı bu əsərdə Zəkəriyya Razi, İbn Sina, İbn Baytar və başqa məşhur təbabət alimlərinin əsərlərindən və özünün şəxsi təcrübəsindən istifadə edərək, Şərq təbabəti və əczaçılığının nəzəri və praktiki məsələləri barədə məlumat vermişdir. 
Əsər XX əsrin əvvəllərinə qədər Yaxın və Orta Şərqdə təbiblər arasında çox yayılmış və geniş istifadə edilən kitablardan biri olmuşdur. 
Əsəri fars dilindən tərcümə edən, ön söz, izah və şərhlərin müəllifi Kamil Hüseynoğludur.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015