RESPUBLİKA ELMİ                TƏDQİQATLARIN
ƏLAQƏLƏNDİRİLMƏSİ ŞURASI
Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin 75 yaşı tamam olur
Okt 16, 2015 | 05:10 / Yubileylər
Oxunub 149 dəfə

Dahi Azərbaycan şairi Nizami Gəncəvinin adını daşıyan Milli Azərbaycan Ədəbiyyatı Muzeyi 75 illik yubileyini qeyd etməyə hazırlaşır. Dünyada yeganə ədəbiyyat muzeyi sayılan bu müqəddəs söz sarayı Azərbaycan xalqının qədim mədəniyyətinin, zəngin ədəbi irsinin təbliğatçısı olmaq kimi şərəfli missiyanı həyata keçirir.

Öz memarlıq üslubu ilə diqqəti cəlb edən muzeyin binasının tarixi XIX yüzilliyin ortalarından başlayır. Muzey aparılan əsaslı yenidənqurma və təmir-bərpa işlərindən sonra 2009-cu il martın 14-də yenidən istifadəyə verilib.

Yarandığı gündən Azərbaycanın görkəmli elm xadimlərinin rəhbərlik etdiyi muzeyin ekspozisiyası qədim zamanlardan müasir dövrə kimi Azərbaycan ədəbiyyatının keçdiyi tarixi yol haqqında məlumat verir.

2005-ci ildən “milli” statusunu alan muzeyi bu gün Prezident İlham Əliyevin qayğısı ilə respublikanın çox mühüm elm və mədəniyyət ocağına çevrilib.

Muzey Azərbaycan ədəbiyyatı tarixini hərtərəfli öyrənib təbliğ etmək, milli ədəbiyyat nümunələrini toplayıb mühafizə etmək, dünya ədəbiyyatı tarixində ədəbi-bədii irsimizin yeri, rolu, əhəmiyyəti ilə geniş kütlələri tanış etmək, muzeyşünaslığı inkişaf etdirmək, elmi-tədqiqat və muzeyşünaslıq sahəsində gənc kadrlar yetişdirməklə məşğuldur.

Muzeydə beynəlxalq əlaqələrin inkişafı sahəsində də mühüm işlər görülüb.

Müstəqilliyimizin son 24 ilində muzeyin fonduna 12 mindən çox eksponat daxil olub. Onların sırasında şair və yazıçıların arxivləri, rəsm əsərləri, heykəltəraşlıq nümunələri, xatirə əşyaları, əlyazmalar, köhnə və yeni çap, həmçinin hədiyyə kitabları, fotolar, qəzet və jurnallar yer alır.

Bu gün muzey Azərbaycan dövlətinin qayğısı sayəsində yüksək səviyyəyə çataraq, ölkənin əsas elm və mədəniyyət ocaqları sırasında aparıcı mövqe tutmaqdadır.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015