AZƏRBAYCAN                RESPUBLİKASI
ELMİ TƏDQİQATLARIN ƏLAQƏLƏNDİRİLMƏSİ ŞURASI
Ölkəmizdə Elm Günü yüksək səviyyədə qeyd olunacaq
Mart 11, 2019 | 14:39
Oxunub ( 2009 )

Məlum olduğu kimi, dövlət başçısı İlham Əliyevin 9 aprel 2018-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında Elm Günü təsis edilib. Həmin Sərəncamda hər il 27 mart tarixində bu əlamətdar günün qeyd edilməsi qərara alınıb.

2019-cu ildə ölkədə ilk dəfə olaraq Elm Gününün yüksək səviyyədə keçirilməsi məqsədilə Azərbaycan Respublikasının Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası Tədbirlər Planı qəbul edib. Tədbirlər Planına əsasən, Elm Günü ilə əlaqədar olaraq AMEA-nın elmi müəssisə və təşkilatlarında, o cümlədən Lənkəran və Şəki Regional Elmi mərkəzlərində silsilə tədbirlər həyata keçiriləcək. Müasir dövrün aktual elmi problemlərinə həsr edilmiş konfrans, seminar və mühazirələr, “dəyirmi masa”, “açıq qapı” günləri, sərgilər, o cümlədən tələbə və şagirdlərin alimlərlə görüşləri təşkil olunacaq.

Bundan əlavə, elmdə fərqlənən alimlərə AMEA-nın elmi bölmələrinin, elmi müəssisə və təşkilatlarının Fəxri fərmanları təqdim olunacaq, “Gənc qadınlar elmdə”, “Ən yaxşı elmi-populyar əsər”, “Magistr-2019” və digər müxtəlif nominasiyalar üzrə müsabiqələrin qalibləri Rəyasət Heyəti tərəfindən elan olunacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015