AZƏRBAYCAN                RESPUBLİKASI
ELMİ TƏDQİQATLARIN ƏLAQƏLƏNDİRİLMƏSİ ŞURASI
AMEA-da “Gənc qadınlar elmdə” müsabiqəsi elan olunur
Fev 11, 2019 | 10:22
Oxunub ( 486 )

Azərbaycan Milli Elmlər Akademiyasının prezidentinin 5 fevral 2019-cu il tarixli sərəncamına əsasən AMEA-nın gənc qadın alimləri üçün “Gənc qadınlar elmdə” müsabiqəsi elan olunur.

Müsabiqə elmin aktual və müasir problemləri üzrə Azərbaycan üçün prioritet olan istiqamətlərdə elmi tədqiqatlar aparan gənc xanımların elmi fəaliyyətini stimullaşdırmaq və qadınların elmin inkişafında rolunu daha da artırmaq məqsədilə keçirilir.

AMEA-nın həqiqi və müxbir üzvləri, habelə akademiyanın elmi müəssisələrinin elmi şuraları tərəfindən irəli sürülən, yaşı 35-dək olan AMEA-nın qadın alimləri müsabiqədə iştirak edə bilərlər.

Müsabiqədə iştirak etmək üçün aşağıdakı sənədlər 2019-cu il martın 1-dək AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil baş idarəsinə təqdim edilməlidir:

- AMEA prezidentinin adına ərizə;

- namizədin irəli sürülməsi haqqında təqdimat (təqdimatda namizəd və onun elmi nailiyyətləri haqqında ətraflı məlumat);

- elmi əsərlərin təsdiq olunmuş formada siyahısı;

- elmi tədbirlərdə, müsabiqələrdə və s. iştirakla bağlı sənədlərin surəti;

- şəxsi məlumatlar ( forma əlavə olunur).

Qaliblərin mükafatlandırılması onların hər birinə müvafiq diplom verilməklə aşağıdakı qaydada aparılacaq:

- I yer – 3000 manat;

- II yer – 2000 manat;

- III yer – 1500 manat.

Müsabiqənin nəticələri 27 mart – “Elm günü” ərəfəsində elan olunacaq.

Əlavə məlumat üçün Elm və təhsil baş idarəsinə müraciət etmək olar.

Tel.: (+994 12) 492 59 45;

E-mail: etbi@science.az

Ünvan: Bakı ş., İstiqlaliyyət küç., 30 (502-ci otaq).

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015