ELMİ TƏDQİQATLARIN                ƏLAQƏLƏNDİRİLMƏSİ
ŞURASI
Azərbaycan Milli Elmlər Akademiyasının adlı mükafatları üzrə müsabiqə haqqında ELAN
Fev 02, 2018 | 05:05
Oxunub ( 1380 )

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin 2018-ci il 31 yanvar tarixli 4/2 nömrəli qərarına əsasən, 2018-ci il üçün AMEA-nın Nəsirəddin Tusi, Həsən bəy Zərdabi, Akademik Üzeyir Hacıbəyli, Akademik Mirəsədulla Mirqasımov, Akademik Yusif Məmmədəliyev, Akademik Musa Əliyev və Abbasqulu ağa Bakıxanov adına mükafatları üzrə müsabiqə elan olunur.

Müsabiqənin keçirilməsinin məqsədi elmin inkişafına böyük töhfələr verən və mühüm nailiyyətlər qazanan alimləri daha yüksək səviyyəli tədqiqatlar aparmağa həvəsləndirmək, eləcə də Azərbaycanın bir sıra alim və mütəfəkkirlərinin xatirəsini əbədiləşdirməkdir.

AMEA-nın adlı mükafatları öz əsasnamələrinə uyğun olaraq müvafiq elm sahələri üzrə böyük əhəmiyyətli fundamental və tətbiqi elmi nəticələrə, əsərlərə, kəşflərə və ixtiralara görə verilir.

Mükafatlara namizədlər AMEA-nın həqiqi və müxbir üzvləri, AMEA-nın elmi bölmələri, elmi-tədqiqat və ali təhsil müəssisələrinin elmi şuraları, elmi cəmiyyətlər, nazirlik və dövlət komitələri yanında fəaliyyət göstərən elmi-texniki şuralar tərəfindən irəli sürülə bilər.

Namizədlərin irəli sürülməsi ilə bağlı aşağıdakı sənədlər martın 1-dək AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil idarəsinə (Bakı şəhəri, İstiqlaliyyət küçəsi, 30, otaq 502) təqdim edilməlidir:

- namizədin irəli sürülməsi haqqında təqdimat (təqdimatda irəli sürülmüş namizədin elmi fəaliyyəti haqqında ümumi məlumat, müsabiqəyə təqdim olunan elmi nailiyyətin elmi-praktik əhəmiyyəti barədə əsaslandırılmış ətraflı məlumat əksini tapmalıdır);

- namizədin elmi əsərlərinin təsdiqlənmiş siyahısı;

- kadr uçotu üzrə şəxsi vərəqə;

- 2 ədəd fotoşəkil (6x9 sm.);

- ali təhsil, elmi dərəcə və elmi adlar haqqında sənədlərin təsdiq olunmuş surətləri;

- tərcümeyi-hal;

- şəxsiyyət vəsiqəsinin surəti;

- əlaqə telefonları.

Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsis edilən dövlət mükafatlarına və digər adlı dövlət mükafatlarına layiq görülmüş işlərin müəlliflərinin həmin işlərə görə AMEA-nın adlı mükafatlarına namizəd kimi irəli sürülməsinə yol verilmir.

Əlavə məlumat üçün AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil idarəsinə müraciət etmək olar.

Tel.: (+994 12) 492 59 45;

E-mail: eti@science.az

Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015