AZƏRBAYCAN                RESPUBLİKASI
ELMİ TƏDQİQATLARIN ƏLAQƏLƏNDİRİLMƏSİ ŞURASI
“Sələflər və xələflər” mövzusunda Beynəlxalq konfrans keçiriləcək
Okt 18, 2015 | 22:53
Oxunub ( 3005 )

22-25 oktyabr 2014-cü il tarixlərdə Bakıda AMEA Nəsimi adına Dilçilik İnstitutunun təşkilatçılığı ilə görkəmli ictimai xadim Əli bəy Hüseynzadənin 150 və akademik Məmmədağa Şirəliyevin 105 illik yubileylərinə həsr olunmuş “Sələflər və xələflər” mövzusunda birinci Beynəlxalq konfrans keçiriləcək.

İki ildən bir keçirilməsi planlaşdırılan konfransın əsas məqsədi türk dünyasının görkəmli dilçi alimlərini xatırlamaq və onların məşğul olduqları problemlərdən bəhs etməklə, onları yeni nəslə tanıtmaqdır. Bu unudulmaz şəxsiyyətlərin adı ilə türk dünyasının müxtəlif nəsillərdən olan nümayəndələrini, xüsusilə gənc dilçi mütəxəssisləri bir araya gətirmək, onları sələflərin elmi irsi ilə tanış etmək, təcrübə mübadiləsi aparmaq, beynəlxalq əməkdaşlığı genişləndirmək də konfransın məqsədləri sırasına daxildir.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015