RESPUBLİKA ELMİ                TƏDQİQATLARIN
ƏLAQƏLƏNDİRİLMƏSİ ŞURASI
Elmi-tədqiqat proqramlarının müsabiqəsi elan olunur
Okt 18, 2015 | 10:57
Oxunub ( 549 )

AMEA Rəyasət Heyətinin 9 aprel 2014-cü il tarixli qərarı ilə aktual elmi və texnoloji problemlərin həllinə yönəlmiş elmi-tədqiqat proqramlarının seçilməsi və maliyələşdirilməsi məqsədilə müsabiqə elan olunur.

Müsabiqəyə təqdim olunan proqramlar fundamental və tətbiqi elmi-tədqiqat işlərinin prioritet istiqamətlərinə uyğun olaraq dünyada elmin, texnologiyaların inkişaf meylləri nəzərə alınmaqla, araşdırmaların elm sahələrinin qovşağında (multidisiplinar) aparılmasına üstünlük verməklə hazırlanmalı, ölkəmizin sosial-iqtisadi və mədəni inkişafına, onun müdafiə qüdrətinin artırılmasına yönəlməlidir.

Müsabiqədə yalnız AMEA-nın əməkdaşları iştirak edə bilər.

Elmi-tədqiqat proqramları müəyyən olunmuş formaya (əlavə olunur) uyğun tərtib olunub elektron variantı ilə birlikdə 2014-cü il oktyabrın 1-dək AMEA-nın Elmi-Təşkilat İdarəsinə təqdim edilməlidir.

Ünvan: Bakı ş., İstiqlaliyyət küç., 30, otaq 502

Tel.: 492-59-45; e-mail: eti@science.az

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015